...

Mərkəzi Bank ödəmə kartlarının təhlükəsizlinin yüksəldilməsi üzərində işləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2022 20:13 (UTC +04:00)
Mərkəzi Bank ödəmə kartlarının təhlükəsizlinin yüksəldilməsi üzərində işləyir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilədək maliyyə sektorunun inkişaf strategiyası çərçivəsində Azərbaycanın maliyyə inklüzivliyinin artırılması gözlənilir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Taleh Kazımov "Dəyişən qlobal iqtisadiyyatın artım perspektivləri" adlı tədbir zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda nağdsız əməliyyatlar ümumi dövriyyənin 40 faizini təşkil edir.

"Ölkədə bank kartlarının artımı təxminən 50 faiz, əməliyyatların artımı 2-3 dəfə artıb", - deyə o bildirib.

Sədr qeyd edib ki, bank ödəmə kartlarının və ödəniş proseslərinin təhlükəsizliyini, eləcə də maliyyə savadlılığını yüksəltməyi planlaşdırır.

"Biz maliyyə və bank olmayan təşkilatların maliyyələşdirilməsi strategiyası üzərində işləyirik", - Mərkəzi Bank rəhbəri deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti