...

Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq Avropanın enerji müstəqilliyinə zəmanət verir - eks-prezident

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2022 08:27 (UTC +04:00)
Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq Avropanın enerji müstəqilliyinə zəmanət verir - eks-prezident
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq Avropanın enerji müstəqilliyinə zəmanət verir.

Bunu Trend-ə Gürcüstanın eks-prezidenti Giorgi Marqvelaşvili deyib.

"Hazırda Azərbaycan və Gürcüstanın birgə əməkdaşlığın böyük perspektivləri var. İstəyirəm ki, Gürcüstan və Azərbaycan haqqında danışanda Azərbaycan-Gürcüstan-Türkiyə formatını yaradan o böyük liderləri hamı xatırlasınlar. Bunlar Ulu Öndər Heydər Əliyev, Eduard Şevardnadze, Süleyman Dəmirəldir. Asiya və Avropa arasında ümumi qlobal əməkdaşlığa təsir edəcək geosiyasi format yaradıblar”, - deyə G.Marqvelaşvili bildirib.

Eks-prezident hesab edir ki, Azərbaycan və Gürcüstanın fərqli Avropa formatı nümunəsi yaradan birgə əməkdaşlığın böyük perspektivləri olub və olacaq.

"Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq Cənubi Avropanın enerji və müvafiq olaraq siyasi müstəqilliyini təmin edir. Beləliklə, bizim yeni müştərək layihəmiz olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Cənubi Avropaya, xüsusən də onun qlobal böhran problemlərinin həlli istiqamətində görəcəyi tədbirlərə təsir edəcək. Bu gün ölkələrimiz arasında əməkdaşlıq çox müsbət şəkildə irəliləyir”, - G.Marqvelaşvili bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti