...

İnflyasiyanın məhdudlaşdırılması üçün istehlak kreditləri azaldılıb - Taleh Kazımov

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2022 12:47 (UTC +04:00)
İnflyasiyanın məhdudlaşdırılması üçün istehlak kreditləri azaldılıb - Taleh Kazımov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda inflyasiya əsasən xarici mənşəli amillər ilə bağlıdır. Cari ildə Mərkəzi Bank inflyasiyanı məhdudlaşdırmaq istiqamətində müvafiq tədbirlər həyata keçirib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov noyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkrlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələrdə deyib.

O qeyd edib ki, ölkədə pul bazarının infrastrukturu təkmilləşdirilib, banklararası aktivlk artıb. “Azərbaycanda bu il inflyasiyanın məhdudlaşdırılması siyasəti çərçivəsində istehlak kreditlərinin azaldılması siyasəti aparılıb”, - deyə o qeyd edib.

T.Kazımov əlavə edib ki, büdcə paketi makroiqtisadi tədbirləri və valyuta sabitliyini dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti