...

ELMAN RÜSTƏMOV: YENİ PUL ƏSKİNASLARININ HAZIRLANMASINA XƏRCLƏR AZALDILACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2005 16:37 (UTC +04:00)

Azərbaycanın Milli Bankı yeni əskinasların və sikkələrin demonirasiyasının çap olunması və döymələr üzrə müqavilə imzalayıb. Bankın sədri Elman Rüstəmovun Trend ə verdiyi məlumata görə, müqavilə Avstiyanın Osterreicheichische Banknoten und Sicherheitsduck şirkəti ilə bağlanıb. Əvvəllər yeni pulların çap olunması ilə Britanyianın kral pul zərbxanası Royal Mint-in (sikkələrin hazırlanması üzrə) subpodratçısı olan Britaniyanın Thomas De La Rue şirkətinin məşğul olacağı güman edilirdi.

"Biz qərara almışıq ki, çap və döymə ilə eyni zamanda dizaynın hazırlanması ilə məşğul olan Avstriyanın şirkətlərindən birinə tapşırılsın. Thomas De La Rue şirkətindən isə bir neçə səbəbdən imtina edilib: əvvəla, danışıqların gedişində bizim məsləhətçismiz İsveçrənin Mərkəzi Bankı bizə pullarla bağlı tələblər üzrə bir sıra normativlər təqdim etdi ki, bu da xəzinədarlıqdlda onun avtomatlaşdırılması ilə bağlı meydana çıxan bir sıra tələbləri özündə əks etdirirdi. Thomas De La Rue şirkəti avroya olan tələblərdən də ciddi və hətta frankla bağlı irəli sürülən tələblərə müvafiq çox ciddi tələblərə malikdir. Danışıqlar zamanı Thomas De La Rue şirkətinin bu tələbləri yerinə yetirə bilməyəcəyi məlum oldu.

İkincisi, dizayn və çapın razılaşdırılması ilə əlaqədar problemlər yarandı ki, bu da onların müxtəlif yerlərdə hazırlanması ilə əlaqədar idi (həm də sikkələr Thomas De La Rueda deyil, Royal Mint-də döyülməli idi). İndi isə çap və dizaynınn hazırlanması ilə eyni təşkilat məşğul olur. Bununla əlaqədar biz 1 milyon funt sterlinqə qənaət etməyə nail olmuşuq, bu həm də nəqliyyat xərclərinin azalması hesabına əldə olunub. Belə ki, Britaniyaya təkcə 800 ton metal daşımaq lazım idi. Ümumilikdə isə müqavilənin dəyəri 16 milyon avro (19,2 milyon dollar) olduğu halda, bundan əvvəl bu məqsəd üçün 11,5 milyon funt (20,7 milyon dollar) xərcləmək nəzərdə tutulmuşdu", - deyə E.Rüstəmov qeyd edib. Yeni əskinaslar və sikkələr Azərbaycana dekabr ayında gətiriləcək. Əvvəllər isə bu oktyabr ayına planlaşdırılmışdı. Hazırda pul komitəsi yalnız 4 nisbətən az nominal əskinasın dizaynını təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti