...

INSHAAT ŞİRKƏTİ SUMQAYITDA ƏLİLLƏR ÜÇÜN YAŞAYIŞ EVİ TİKƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2005 14:33 (UTC +04:00)

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən müharibədə əlil olmuş şəxslər üçün Sumqayıtda yaşayış evi tikilir. Əmək və Sosial Müdafiə Nazirliyindən Trend ə verilən məlumata əsasən, şəhərdə 4 mərtəbəli və 36 mənzilli yaşayış binası tikilir.

Nazirlikdən bildiriblər ki, obyekt tenderin qalibi Inshaat şirkəti tərəfindən Əmək və Sosial Müdafiə Nazirliyinin sifarişi ilə tikilib.

İlin sonuna qədər binanı istismara vermək planlaşdırılır. Bundan əlavə, nazirlikdən deyiblər ki, Xaçmazda da HIS Ltd tərəfindən analoji binanın tikintisinə başlanıb. Xaçmazda gedən tikinti işlərinin başa çatdırılması oktyabrda planlaşdırılır", -deyə nazirlikdə qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti