...

YAPONİYADA AZƏRBAYCAN ÜÇÜN KƏND TƏSƏRRÜFATI TEXNİKASININ ALINMASI ÜZRƏ TENDER ELAN EDİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2005 14:26 (UTC +04:00)

Yaponiyada Azərbaycan üçün Yaponiya hökümətinin ayırdığı qrant çərçivəsində kənd təsərrüfatı texnikasının alınması haqqında tender elan ediləcək.

Azərbaycanını Kənd Təsərrüfatı Nazirliyinin lizinq xidməti şöbəsinin müdiri Aydın Əzizovun Trend agentliyinə verdiyi məlumata görə, tender cari ilin iyul ayının 10-da elan ediləcək.

Əzizovun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri tender prosedurunda iştirak etmək üçün Yaponiyaya səfər edəcəklər.

O, həmçinin bildirib ki, tender çərçivəsində texnikanın Azərbaycana gətirilməsi cari ilin IV rübündə baş tutacaq.

Qeyd edək ki, 2005-ci ilin mayında Yaponiyanın beynəlxalq əməkdaşlıq Agentliyinin nümayəndəlirin (JICA Japanese International Cooperation Agency) səfəri çərçivəsində texnikanın alınması ilə bağlı tender məsələlər müzakirə edilib və iş prosedurlarının həyata keçirilməsinə dair protokol imzalanıb.

Xəbər lenti

Xəbər lenti