...

FAKTİKİ VERGİ GƏLİRLƏRİ 104,4% TƏŞKİL EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2005 12:32 (UTC +04:00)
FAKTİKİ VERGİ GƏLİRLƏRİ 104,4%  TƏŞKİL EDİB

Azərbaycanın Vergi Nazirliyinin ilkin məlumatlarına görə, 2005-ci ilin yanvar-may ayları ərzində vergi gəlirləri 3 219,2 milyard manat təşkil edib. Vergilər Nazirliyindən Trend ə verilən məlumata görə, bu, proqnozlaşdırılan göstəricidən 4,4% və ya 135,3 milyard manat çoxdur.

Ötən ilin bu dövrünün analoji göstəriciləri ilə müqayisədə bu göstərici 978,7 milyard manat və ya 43,7% çoxdur.

İyunda vergi gəlirləri 601,9 milyard manat təşkil edib. Proqnozlaşdıraln göstəricilərə əsasən, iyun ayında gəlirlərin 596,9 milyard manat təşkil edəcəyi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti