...

İNVESTİSİYALARIN VƏ MƏSLƏHƏTLƏŞMƏLƏRİN GENİŞLƏNDİRİLMƏSİ FONDU QAZAXISTAN HAKİMİYYƏTİ İLƏ ƏMƏKDAŞLIQ BARƏDƏ MÜQAVİLƏ İMZALAYIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2005 16:23 (UTC +04:00)

İnvestisiyaların və məsləhətləşmələrin genişləndirilməsi Fondu Qazaxıstanın bəzi şəhər və vilayətlərinin hökumət orqanları ilə əməkdaşlıq barədə protokol imzalayıb. Azərbaycanın İqtisadi İnkişaf Nazirliyindən Trend ə verilən məlumata görə, prokol Almatı, Aktau, Atırau, Uralska və Aktyubinsk vilayətinin hökumət nümayəndələri ilə imzalanıb.

Protokola görə, tərəflər Azərbaycandan Qazaxıstana kənd təsərrüfatı məhsullarının ixracının təşkilində əməkdaşlıq barədə razılığa gəliblər. Sənədə müvafiq olaraq, tərəflərin hər biri tərəvəz, bostan və giləmeyvə məhsullarının su nəqliyyatı vasitəsilə tədarük edilməsi məsələlərini araşdırıblar, hər iki ölkənin gəmi daşınmaları məsələlərində maraqlı olan biznes-strukturlara müvafiq dəstək göstəriblər, eləcə də yaranan problemləri həll etmək üçün hər iki ölkənin ekspertləri arasında ardıcıl görüşlərin keçirilməsinin təşkili üzrə tədbirlər qəbul ediblər.

Xəbər lenti

Xəbər lenti