...

MOSKVADA AZƏRBAYCANLA RUSİYA ARASINDA İQTİSADİ ƏLAQƏLƏRİN GENİŞLƏNDİRİLMƏSİNDƏ AUDİT STRUKTURLARIN ROLU MÜZAKİRƏ OLUNUB

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2005 17:15 (UTC +04:00)

Azərbaycan və Rusiya Hesabat palatalarının 29 iyun-2 iyul tarixində Moskvada keçirilən ikinci birgə kollegiya iclasında Azərbaycanla Rusiya arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsində audit strukturların rolu müzakirə olunub.

Azərbaycan Hesabat Palatasında (HP) Trend agentliyinə bildirilib ki, tədbirdə Azərbaycan tərəfdən sədr Namiq Nəsrullayevin başçılıq etdiyi HP nümayəndə heyəti iştirak edirdi.

İclas çərçivəsində N.Nəsrullayev və Rusiya HP-nin sədri Sergey Stepaşin tərəfindən protokol imzalanıb.Protokolda gələcəkdə də maliyyə-yoxlama-təftişin həyata keçirilməsi, hər iki strukturun 2006-cı ildə tədbirlər planına bəzi birgə tədbirlərin daxil edilməsinə dair qərarın qəbul edilməsini nəzərdə tutur.

Xüsusilə Azərbaycanla Rusiya arasında 2004-2005-ci il ərzində enerji mübadiləsi həcminin birgə yoxlanılması, Qəbələdə (Daryal RLS) radiolokasiya stansiyasına RF büdcəsindən ayrılmış vəsaitlərdən istifadənin səmərəliliyi,sözügedən stansiyanın icarəsindən Azərbaycana daxil olan vəsaitlərin eyni zamanda istifadəsi, Xəzər dənizinin təbii və bioloji ehtiyatlarının müdafiəsinə ayrılmış vəsaitlərin səmərəliliyinin auditi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti