...

İYUN AYININ NƏTİCƏLƏRİNƏ GÖRƏ BBIB KREDİT BÖLMƏSİNDƏ HƏRRACIN HƏCMİ 2,24 DƏFƏ ARTIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2005 11:57 (UTC +04:00)

2005-ci ilin iyun ayının nəticələrinə görə Bakı Banklar arası Valyuta Birjasının (BBIB) kredit bölməsində hərracın həcmi 41,826 mlrd manat təşkil edib. Birjadan Trend agentliyinə verilən məlumata əsasən, bu keçən aya nisbətən 2,24 dəfə çoxdur. Hesabat dövründə BBIB kredit bölməsində 17 bank arasında kredit sazişi bağlanılıb, onlardan 7-si 10726 mln manat məbləğinə Birja elektron hərrac sistemi (BEST) çərçivəsində fəaliyyət göstərən Mütəşəkkil banklararası kredit bazarında qeydiyyata alınıb.

İyunda BBIB kredit bölməsində mərkəzləşdirilmiş kredit ehtiyatlarının yerləşdirilməsi üzrə Azərbaycan Milli Bankında (AMB) 5 hərrac keçirilib. Bazarın bu seqmentində alınmaların həcmi 31 100 mln manat təşkil edib. Kredit üzrə AMB tərəfindən müəyyən edilmiş hərracın dərəcəsi ildə 7,5% olub.

İyulun 1-nə olan məlumatlar üzrə Azərbaycanın 16 aparıcı bankının sifarişləri əsasında hesablanan 90 günlük kreditlərin (BakIBOR) yerləşdirilməsi üzrə orta dərəcə manatla 14,77% illik, dollar ilə 17,20% illiktəşkil edib. İyunun 1-nə olan göstəricilərlə müqayisədə BakIBOR-un manat və dollar kreditləri üzrə indeksi dəyişməyib.

Xəbər lenti

Xəbər lenti