...

LƏNKƏRANDA YIĞIM İŞLƏRİNƏ BAŞLANILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2005 13:28 (UTC +04:00)

Lənkəran rayonunda yığım işlərinə başlanılıb. Şəhərin İcra hakimiyyətindən Trend ə verilən məlumata görə, hazırda ümumilikdə 576 ton məhsul verən 291 hektar əkin sahəsində taxıl bitkilərinin yığımı həyata keçirilir. Beləliklə, 1 hektar üçün məhsuldarlıq 19,8 sentner təşkil edib. Ümumilikdə, taxıl bitkilərinin əkini üçün 1671 hektar şumlanmış sahə ayrılıb.

Bu bitkinin becərilməsi üçün ayrılmış 807 hektar sahənin hazırda 211 hektar sahəsində kartof yığımı həyata keçirilir. Bu zaman 1 422 ton həcmində kartof yığılıb.

18 834 hektar sahədən 18 834 ton tərəvəz yığılıb.

Yaşıl çay plantasiyalarından 2496 ton çay yarpağı toplanaraq emal olunmaq üçün ölkənin 5 müəssisçəsinə göndərilib. İndiyə kimi təsərrüfatlarda 130 ton meyvə yığımı həyata keçirilib.

Eyni zamanda, kənd təsərrüfatı siyahıyaalınması başa çatıb. Siyahıyaalınma iyunun 1-dən 30-na kimi aparılıb. Sorğunun nəticələrinə görə, 40 968 təsərrüfat qeydiyyatdan keçib. Bu məlumatlardan istifadə olunmasında əsas məqsəd ölkədə aqrar sektorun gələcək istiqamətlərinin müəyyən edilməsi, statistik işlərin yerinə yetirilməsi ilə əlaqədar real imkanların müəyyənləşdirilməsi üçün informasiya bazasının yaradılmasıdır.

Xəbər lenti

Xəbər lenti