...

HESABLAMA PALATASI AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTUNDA AUDİTİN MÜDDƏTİNİ UZADIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2005 13:56 (UTC +04:00)

Azərbaycan Hesablama Palatası (HP) Azərbaycan Müəllimlər İnstitutunun regional filiallarında dövlət büdcəsindən bu struktura 2003-2004-cü illər üçün nəzərdə tutulan "Təhsilə çəkilən xərclər" hissəsi üzrə ayrılan vəsaitin proqnozlaşdırılması və istifadəsi ilə bağlı keçirilən auditin müddəti uzadılıb.

Hesablama Palatasından Trend ə verilən məlumata görə, keçirilən auditin gedişində Azərbaycan Müəllimlər İnstitutunun rayonlardakı (Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Cəlilabad, Qazax, Quba, Salyan, Şamaxı və Zaqataladakı) filiallarında auditor tədbirlərinin 20 gün uzadılması zərurəti meydana çıxıb. HP-dan qeyd ediblər ki, Lənkəran Dövlət Universitetində auditin müddəti bir ay uzadılıb.

"Bundan başqa, HP yoxlama tədbirlərinin müddətini (cari təftiş) Azərbaycanın Maliyyə Nazirliyi ilə birgə Azəriqaz QSC-nin dövlət zəmanəti hesabına həyata keçirdiyi "Qaz sisteminin reabilitasiyası" layihəsi üzrə auditin və "Azərenerji" SC-nin həyata keçirdiyi "Yenikənd hidrostansiyasının tikintisi" layihəsinin müddətinin uzadıb" - deyə strukturdan bildiriblər.

Xəbər lenti

Xəbər lenti