...

AQROLIZING SC BİRİNCİ TENDERİN QALİBLƏRİNİ MÜƏYYƏNLƏŞDİRİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2005 13:56 (UTC +04:00)

Aqrolizing SC-nin birinci tenderinin qalibləri müəyyənləşib. Kənd Təsərrüfatı Nazirliyindən Trend ə verilən məlumata əsasən, birinci lot - taxıl yığan kombaynların alınması (210 ədəd) üzrə Çinin Xinjane, ikinci lot -təkərli traktorların alınması (350 ədəd) Türkiyənin Yamakoğlu Inshaat, üçüncü lot - kənd təsərrüfatı maşınlarının alınması (584 ədəd) Türkiyənin Koylu Tarimmakina Sanaye və Ticaret Ltd , dördüncü lot - minitexnikanın alınması (traktor və ona bərkidilən kənd təsərrüfatı texnikası) (20 komp.) yerli Kometa I Ltd. Şirkəti olub.

Kənd təsərrüfatı texnikasının alınması üzrə tender təklifləri iyunun 28-də Kənd Təsərrüfatı Nazirliyində açılıb.

Xəbər lenti

Xəbər lenti