...

İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ TİCARƏT NAZİRLƏRİNİN TOPLANTISINDA BİR SIRA SƏNƏDLƏRİN İMZALANACAĞI GÖZLƏNİLİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2005 16:36 (UTC +04:00)

Sabah iyulun 7-də İstanbulda İqtisadit Əməkdaşlıq Təşkilatının (İƏT) III iclası keçiriləcək. Azərbaycan hökumətindən Trend ə verilən məlumata görə, bu tədbirdə iqtisadi inkişaf naziri Fərhad Əlliyev də iştirak edəcək.

Toplantıda bu təşkilatın bundan əvvəl imzaladığı bir sıra məsələlrin reallaşmasını özündə əks etdirən protokolun imzalanacağı gözlənilir ki, xarici siyasət məsələrinin nizamlanması bu sənədə müvafiq olaraq həyata keçirilir. Lakin bundan əvvəl müvafiq razılaşmanı imzalamaqdan imtina etdiyinə görə Azərbaycan bu protokolu imzalamayacaq.

Bu zaman Azərbaycanın sərhəd və gömrük rejimlərinin pozulması və qaçaqmalçılıq barədə ümumi informasiya bazasının yaradılması, İƏT üzvü olan ölkələr arasında ticarət zamanı yaranan məsələləri nizamlayan, qarşılıq müdafiə və investisiyaların genişləndirilməsi barədə bir sıra sənədləri imzalayacağı ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti