...

İLİN BİRİNCİ YARISINDA 11,3 TRİLYON MANAT MƏBLƏĞİNDƏ İSTEHLAK MALLARI SATILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2005 16:08 (UTC +04:00)

Cari ilin birinci yarısında ticarət şəbəkələri əhaliyə 11,3 trilyon manat məbləğində istehlak malları satıb. Dövlət Statistika Komitəsindən Trend ə verilən məlumata görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 12,2% çoxdur.

Malların 19,4%-i hüquqi şəxslər, 34,9%-i yarmarkalar, 1,4%-i kənd təsərrüfatı məhsulları bazarları, 34,4%-i ticarətlə məşğul olan ayrı-ayrı sahibkarlar tərəfindən reallaşdırılıb. Mal dövriyyəsinin 7,5 trilyon manatını ərzaq, 3,8 trilyon manatını qeyri-ərzaq məhsulları təşkil edib. Onların satışı ötən ilin analoji dövri ilə müqayisədə müvafiq olaraq 8,3 % və 24,5% təşkil edib.

İlin əvvəllindən əhaliyə 2,2 milyard manatlıq pullu xidmət göstərilib ki, bu da ötən ilin analoji dövri ilə müqayisədə 17,1% çoxdur. Xidmətlərin 2/3-si (71,8%) hüquqi şəxslərin payına düşür və onlar tərəfindən əhaliyə daha çox (19,8%) xidmət göstərilib.

Xəbər lenti

Xəbər lenti