...

AZƏRBAYCANDA yükdaşımalarının tarifləri ucuzlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2005 18:55 (UTC +04:00)

Azərbaycanda yükdaşımalırının tarifi ucuzlaşır. Dövlət Statistika Komitəsindən Trend ə verilən məlumata görə, may ayında nəqliyyatla yükdaşımalarının tarifi orta hesabla 1,3% ucuzlaşıb. Eləcə də, dəmiryolu ilə yükdaşımaları 2,8%, dəniz nəqliyyatı ilə 1% aşağı düşüb. Hava, boru kəməri və avtomobil nəqliyyatında yükdaşımalarında tariflər dəyişməyib.

Bu zaman daxili dəmiryollarında yküdaşımaları tarifləri əvvəlki aylarla müqayisədə daxili daşınmalar üçün 8,8% və 0,9% tranzit tariflər üçün bahalaşıb. Lakin Azərbaycandan nəql olunan yüklər üçün tariflər 17,2% və Azərbaycana gətirilən yüklər üçün isə 5,6% ucuzlaşıb.

Bir ay ərzində MDB ölkələri və digər xarici ölkələr üçün dəniz nəqliyyatı vasitəsilə hər iki istiqamətdə yükdaşımalarının tarifi 1% ucuzlaşıb. MDB ölkələrinə hava nəqliyyatı ilə yükdaşımalarının tarifi 0,8% ucuzlaşıb. Bu zaman daxili və digər ölkələrə yükdaşınmalarının tarifi dəyişməyib.

Xəbər lenti

Xəbər lenti