...

ZURAB NOQAİDELİ GÜRCÜSTAN-AZƏRBAYCAN HÖKUMƏTLƏRARASI KOMİSSİYANIN İCLASINDA İŞTİRAK EDƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2005 10:57 (UTC +04:00)

(Praym-Nyus) - Gürcüstanın baş naziri iyulun 18-də ikigünlük səfərlə Azərbaycana gələcək. Baş nazirini mətbuat xidmətindən verilən xəbərə görə, Noqaideli Gəncədə keçiriləcək iqtisadi əməkdaşlıq üzrə Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyasının iclasında iştirak edəcək.

Paralel olaraq Gəncədə Gürcüstanın ticarət -sənaye palatasının təşkil etdiyi Gürcüstan-Azərbaycan biznes-forumu keçiriləcək.

Palatanın prezidenti Cemal İnaişvili bəyan edib ki, biznes-forumda öz fəaliyyət və məhsullarını təqdim edəcək 35 gürcü şirkəti iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti