...

BU İL ƏLƏT-ASTARA AVTOMOBİL YOLUNA 300 MLN DOLLAR VƏSAİT AYRILACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2005 13:00 (UTC +04:00)

Dünya bankı cari ildə Ələt-Astara avtomobil magistralının tikintisi və bərpası üçün vəsait ayırmağı planlaşdırır. Dünya bankının Bakı nümayəndəliyindən Trend agentliyinə verilən məlumata əsasən, bu layihənin maliyyələşdirilməsi üçün 300 mln dollar vəsait ayrılacağı planlaşdırılır.

DB-in Bakı nümayəndəliyində həmçinin onu da bildiriblər ki, yol layihələrinin maliyyələşdirilməsi üçün ayrılmış 300 mln dollar vəsait məhz bu layihənin həyata keçirilməsi üçün nəzərdə tutulub.

Ələt-Astara yolunun tikintisi və bərpası Dünya Bankının "Maqistral avtomobil yolları" layihəsi çərçivəsində 2005-ci ildə həyata keçiriləcək. [

Qeyd edək ki, iyunun 27-dən iyulun 6-na kimi Dünya Bankının yol layihələri üzrə missiyası bankın eksperti Olivye Lüberin rəhbərliyi ilə Bakıda olub. Səfər çərçivəsində ölkə hökuməti ilə Dünya bankının maliyyə vəsaiti ayırmaqla Azərbaycanda yol layihələrinin həyata keçirilməsində iştirak etmə, xüsusilə, "Magistral avtomobil yolları" layihəsinin həyata keçirilmə imkanları müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti