...

İCAO GÜRCÜSTANIN TƏYYARƏ XƏTTİNİN 100 KM UZUNLUQLU HİSSƏSİNİ AZƏRBAYCANA VERİLMƏSİ PROSEDURLARINDA MARAQLIDIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2005 11:16 (UTC +04:00)

(Praym-Nyus) - İCAO beynəlxalq mülki aviasiya təşkilatı Gürcüstanın 600 km-lik təyyarə xəttinin 100 km-lik hissəsinin Azərbaycana verilməsi prosedurlarında maraqlıdır.

Bazar ertəsi "Qruzaeronaviqasiya" Müşahidə Şurasının üzvləri ilə görüşəcək İCAO-nun eksperti Karstel Tayl bu məsələni araşdırmaq niyyətindədir.

"Qruzaeronaviqasiya" MMC-in nümayəndəsi Zaza Çxaidzenin söylədiyi kimi, 2001-ci ildən etibarən hər iki ölkə prezidentinin razılığı əsasında Azərbaycanın Gürcüstana verdiyi 100 km uzunluqlu təyyarə xətti martın 17-də Azərbaycana qaytarılıb.

Onun sözlərinə görə, beynəlxalq konvensiyaya uyğun olaraq xəttin bu hissəsinə nəzarət Azərbaycan tərəfi həyata keçirməlidir, belə ki, o, bu ölkənin ərazisinə aiddir, lakin bu, xəttin təsdiqlənmə proseduru pozulub.

Zaza Çxaidze qeyd edib ki, xətt sərhəd departamentində müzakirə edilir, mülki aviasiya idarəsində işlənir və prezident tərəfindən təsdiq edilir.

Təyyarə xəttinin bu hissəsinin Gürcüstana verilməsi Azərbaycanın təyyarələri qeyd və uçuşları idarə edə bilməyən az güclü radarları ilə şərtlənib.

Xəbər lenti

Xəbər lenti