...

AZƏRBAYCAN PREZİDENTİ AŞAĞI DƏYƏRLİ 4 ƏSKİNASIN DİZAYNINI TƏSDİQ EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2005 15:26 (UTC +04:00)

Azərbaycanın prezidenti denominasiya edilmiş aşağı dəyərli 4 əskinasın dizaynını təsdiq edib. Azərbaycan Milli Bankının idarə heyətinin sədri Elman Rüstəmovun Trend agentliyinə verdiyi məlumata əsasən, hazırda aşağı dəyərli 4 sikkənin də dizaynı hazırdır.

"Sikkənin dizaynında əskinasların dizaynınının detalları əks olunub, bu isə "Vahid ailə" konsepsiyasına uyğundur, - deyə, o bildirib.

Onun sözlərinə görə, gələn bazar ertəsi denominasiya edilmiş milli valyuta əskinaslarının və sikkələrinin dizaynının hazırlanması üzrə qrup ölkəyə gələcək. Onlar yüksək nominallı iki əskinasın müxtəlif variatlarını gətirəcəklər.

"Yüksək nominallı əskinaslar dövriyyədə olan əskinasların 5%-i-dən azını təşkil edir, belə ki, onlar nümayəndə, birinci dörd nominallı əskinaslar "işçi" funksiyasını yerinə yetirirlər.

Hazırda biz iki sikkə və dörd əskinasın dizaynları üzərində işləyirik. Buna görə də əskinasların dizaynı hazır olan kimi onlar prezidentin təsdiqinə veriləcək", - deyə, E. Rüstəmov qeyd edib.

O, həmçinin qeyd edib ki, köhnə formalı manat dövriyyədə olarkən, onun saxta nümunələri həddən artıq çox idi, bu saxta pullar kustar üsulla, xüsusilə surətlərinin çıxarılması yolu ilə hazırlanırdı.

Qeyd edək ki, bu yaxınlarda Azərbaycan Milli Bankı yeni denominasiya edilmiş əskinasların və sikkələrin kəsilməsinə dair Avstriyanın Osterreicheichische Banknoten und Sicherheitsduck şirkətləri ilə müqavilə bağlayıb.

Əvvəllər ehtimal olunurdu ki, yeni pulların kəsilməsi ilə podratçısının (sikkələrin hazırlanması üzrə) Britaniyanın kral Royal Mint zərbxanasının olacağı Britaniyanın Thomas De La Rue şirkəti məşğul olacaq.

Beləliklə, belə qərara gəlinib ki, sikkələrin çıxarılması və kəsilməsi ilə onların dizaynının hazırlayan, Robert Kolinin çalışdığı bir Avstriya şirkəti məşğul olacaq.

Thomas De La Rue şirkətinin bu işi öz üzərinə götürməməsinin bir neçə səbəbi var: ilk növbədə, danışıqların gedişində İsveçrə Mərkəzi Bankı pullarla bağlı tələblər üzrə bir sıra normativlər irəli sürüb, bu, pulların xəzinənin avtomatlaşdırılması ilə əlaqədar olaraq yaranmış tələblərə uyğunluğu ilə bağlıdır.

Thomas De La Rue şirkətinə qarşı son dərəcə sərt tələblər irəli sürülüb və onlar franka qarşı yaranmış müvafiq tələblərə uyğundur.

Danışıqların gedişində məlum olub ki, Thomas De La Rue şirkəti bu tələbləri yerinə yetirmək iqtidarında deyil. İkincisi, dizayn və çapın uyğunlaşdırılması problemi meydana çıxıb.

Bu isə onların müxtəlif yerlərdə hazırlanması ilə əlaqədardır (sikkələr Thomas De La Rue şirkətində deyil, Royal Mintdə kəsilməli idi). İndi dizaynın hazırlanması və sikkələrin çapı ilə bir təşkilat məşğul olacaq. Bununla əlaqədar olaraq
Azərbaycan xüsusilə nəqliyyat xərclərinin ucuzlaşması hesabına 1 mln funt sterlinq vəsaitə qənaət edəcək.

Belə ki, Britaniyaya 800 ton metal tədarük etmək zəruri idi. Ümumiyyətlə, müqavilənin dəyəri 16 mln avro (19,2 mln dollar) təşkil edəcək, əvvəllər isə 11,5 mln funt (20,7 mln dollar) sərf etmək planlaşdırılırdı.

Qeyd edək ki, denominasiya edilmiş manat Azərbaycanda 2006-cı ilin yanvarın 1-dən dövriyyəyə buraxılaxcaq, köhnə manatlar isə 2007-ci il yanvarın 1-dən dövriyyədən çıxarılacaq.

Ölkədə 1, 5, 10, 20, 50 və 100 manat dəyərində əskinaslar və 1, 3, 5, 1, 20, 50 qəpik dəyərində sikkələr dövriyyəyə buraxılacaq.

Xəbər lenti

Xəbər lenti