...

AZƏRBAYCAN MİLLİ BANKI 2006-CI İL ÜÇÜN PUL-KREDİT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNİ İŞLƏYİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2005 15:30 (UTC +04:00)

Milli bank 2006-cı il üçün pul-kredit siyasətinin əsas istiqamətlərinin hazırlanması üzərində işi başa çatdırıb. Azərbaycan Milli Bankının idarə heyətinin sədri Elman Rüstəmovun Trend agentliyinə verdiyi məlumata əsasən, layihə AR-da antiinflyasiya tədbirlərinin gücləndirilməsinə dair Azərbaycan prezidentinin Fərmanına əsasən hazırlanıb.

"2006-cı il üçün 5-7% həddində təkrəqəmli inflyasiya, neft sektorunun saxlanılması və manatın mövqeyinin son dərəcə möhkəmlənməsinə yol verilməməsi onun əsas istiqamətləridir", - deyə, E. Rüstəmov bildirib.

Onun sözlərinə görə, bu məqsədlərə çatmaq, xüsusilə lazımi çərçivələrdə inflyasiyanın qarşısını almaq üçün bütün istiqamətlərdə idarələrin səyləri birləşdirilməlidir.

Qeyd edək ki, fərmana əsasən ölkədə makroiqtisadi stabilliyin təmin olunması, büdcə parametrlərinin makroiqtisadi göstəricilərlə uzlaşdırılması və müvafiq dövlət orqanları ilə birlikdə maliyyə siyasətinin həyata keçirilməsi məqsədi ilə Nazirlər Kabinetinə 2005-ci il iyulun 1-ə kimi 2006-cı il üçün büdcə-vergi siyasətinin əsas istiqamətləri, iqtisadiyyatda struktur siyasət və Azərbaycan Milli Bankı ilə birgə pul-kredit siyasəti haqqında təkliflər hazırlayaraq, prezidentə təqdim etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti