...

NƏQLİYYAT NAZİRLİYİ BƏŞƏRİYYƏTİN GƏLƏCƏK İNKİŞAFI PROQRAMI ÜZRƏ LAYİHƏNİN HAZIRLANMASINA BAŞLAYIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2005 12:46 (UTC +04:00)

Azərbaycan Nəqliyyat Nazirliyi 2006-2015-ci illərdə yoxsulluğun azaldılması və sabit inkişaf üzrə Dövlət proqramı layihəsi çərçivəsində ölkə prezidentinin sərəncamının icrasına başlayıb. Bu barədə Trend agentliyinə Nazirlikdən xəbər veriblər.

"Biz əsasən, nəqliyyat infrastrukturunun inkişafının, layihələrin və s. əks olunacağı dövlət proqramının nəqliyyat hissəsini hazırlayırıq. Təkliflər hazır olduqdan sonra onlar İqtisadi İnkişaf Naziriliyinin müzakirəsinə veriləcək", - deyə, Nəqliyyat Nazirliyindən bildiriblər.

Bu proqram layihəsi prezidentin təyin etdiyi vaxt üzrə cari ilin iyun ayından etibarən üç ay müddətinə hazır olacaq.

Xəbər lenti

Xəbər lenti