...

AVROPA BİRLİYİ AZƏRBAYCANDA DAHA 12 LAYİHƏ HƏYATA KEÇİRMƏYİ PLANLAŞDIRIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2005 15:00 (UTC +04:00)

Avropa Birliyi (AB) Azərbaycanda daha 12 layihə həyata keçirmək niyyətindədir. Bu barədə Trend ə AB-nin Azərbaycandakı nümayəndəliyindən bildiriblər.

Onların arasında Azərbaycan Nazirlər Kabinetinin yenidən qurulması və orada islahatların aparılması, beynəlxalq mühasibat standartlarının qəbulu, qiymətli kağızların beynəlxalq bazarının yaradılması, məhkəmə sistemində islahatların aparlıması, nəqliyyat sektorunun yenidən qurulması üzrə xüsusi işçi qrupunun yaradılması üzrə layihələr də var.

Həmçinin, təşkilatın perspektivinə ölkənin İqtisadi İnkişaf Nazirliyinə institusional yardım, dövlət ticarət sistemində islahatların aparılmasına, vergi sisteminin təkmilləşdirilməsinə , Yanacaq və Energetika Nazirliyinə yardım layihələrinin reallaşdırılması da daxildir.

Xəbər lenti

Xəbər lenti