...

AZƏRBAYCAN İŞ ADAMLARI ŞİMALİ KİPRƏ SƏFƏR EDƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2005 15:22 (UTC +04:00)

İyulun 28-dən 31-dək Şimali Qıprız Türk Cumhuriyyətində(ŞQTC) işgüzar səfərdə olacaq Azərbaycanın iş adamlarının səfər proqramı çox genişdir. Bu haqda Trend ə səfərin təşkilatçısı- Azərbaycan-Türkiyə İş Abamları Birliyi(ATİB) mətbuat xidmətindən bildirilmişdir.

Məlumatda, ATİB-in təşəbbüsü ilə gerçəkləşəcək səfərdə Azərbaycanı qurumun sədri Əhməd Erentokun rəhbərliyi ilə 100-ə yaxın iş adamının təmsil edəcəyi bildirilmişdir. Səfər zamanı Azərbaycandan olan iş adamları qıbrızlı həmkarları ilə maliyyə, bank, turizm, kənd təssərrüfatı və tikinti sahəsində əməkdaşlığa dair məsələləri müzakirə edəcəklər.

Səfər çərçivəsində Azərbaycandan olan nümayəndə heyətinin ŞQTC-nın prezidenti Məhmət Əli Tələt, baş nazir Fərdi Sabit Soyer, baş nazirin müavini, xarici işlər naziri Sərdar Denktaş, İqtisadiyyat və turizm naziri Devriş Kemal Dəniz və başqa rəsmilərlə görüşü planlaşdırılmışdır.

Görüşlərdə Azərbaycanla ŞQTC arasında əməkdaşlığın perspektivləri, konkret sahələr üzrə birgə müəssisələrin yaradılması və digər məsələlər müzakirə ediləcəkdir.

Məlumatda, hazırda ŞQTC-yə səfər edəcək Azərbaycanlı iş adamları siyahısının üzərində dəqiqləşdirilmələrin aparıldığı bildirilmişdir.

Məlumatda, daha sonra, ATİB-in təşəbbüsü ilə təşkil olunacaq bu səfərin dövlət başçısı İlham Əliyevin Türkiyənin baş naziri Rəcəb Tayyub Ərdoğanın Bakıya səfəri zamanı onunla görüşündə səsləndirdiyi: "Azərbaycanlı iş adamları ŞQTC ilə işgüzar əlaqələri artırmalıdırlar", -çağırışına cavab olaraq həyata keçirildiyi bildirilmişdir.

Xəbər lenti

Xəbər lenti