...

ELMAN RÜSTƏMOV: YAXIN VAXTLARDA PARLAMENTDƏ ƏMANƏT VƏ DEPOZİTLƏRİN SIĞORTALANMASI BARƏDƏ QANUNUN QƏBUL OLUNACAĞI GÖZLƏNİLMİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2005 15:56 (UTC +04:00)

"Yaxın perspektivdə əmanətlərin və depozitlərin sığortalanması barədə qanunun parlamentdə qəbul olunacağı gözlənilmir". Bu barədə Azərbaycan Milli Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Trend ə ekskluziv məlumat verib. Onun sözlərinə görə, Milli Bank bu istiqamətdə hadisələri tələsdirməyə çalışmır. "İlin sonunda parlamentdə büdcəyə baxılması nəzərdə tutulub.

Bu, çox mürəkkəb qanundur və ona çox güman ki, yeni parlament tərəfindən nəzərdən keçiriləcək. Ona görə də mən hesab edirəm ki, əmanət və depozitlərin sığortalanması barədə qanun ilin sonuna kimi qəbul edilməyəcək ",- deyə E.Rüstəmov qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Milli Bankda n bildirmişdilər ki, AMB əmanət və depozitlərin sığortalanması barədə qanun layihəsi üzərində işi başa çatdırıb və qanun layihəsi nəzərdən keçirilmək üçün Prezidentin İcra Aparatına təqdim olunub.

Daha sonra isə Milli Məclisə təqdim olunacaq. Hazırlıq çərçivəsində qanun layihəsi beynəlxalq ekspertizadan keçib (KfW -Almaniyanın Yenidənqurma Bankında), eləcə də sənəd hazırlanarkən banklar cəmiyyətinin (Azərbaycan Banklar Assossiasiyası) fikri nəzərə alınıb.

AMB bankların kapitalın bərabərliyi, onun pula çevrilmə qabiliyyəti və digər sərfələi normalara riayət olunması üzrə tələblərin yerinə yetirlməsi fondunda iştirakına yol verəcək. Əmanətlərin tam ödənilməsinin həcmi əhalinin hər birinin sayına düşən ümumi daxili məhsulun həcmindən asılı olacaq.

Ödənmə bütün valyutalın əmanət və depozitləri üzrə həyata keçiriləcək. 2003-2004-cü illərdə AFR ilə Almaniya arasında mövcud olan maliyyə əməkdaşlığı üzrə hökumətlərarası razılaşmaya görə, KfW Azərbaycanın Əmanətlərin Sığortalanması Fonduna texniki yardım üçün 1 milyon avro və güzəştli kreditlər üçün isə 5 milyon avro qrant ayırıb.

Xəbər lenti

Xəbər lenti