...

"KORRUPSİYAYA QARŞI MÜBARİZƏ HAQQINDA" QANUNA 103 YENİ MADDƏ TƏKLİF OLUNUR

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2005 16:06 (UTC +04:00)

Yeni layihə "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun 68 maddəsindən 12-i olduğu kimi saxlanılmış, 18 maddəsinə dəyişiklik edilmiş və 103 yeni maddə əlavə olunmuşdur.

Trend informasiya agentliyi xəbər verir ki, bu fikirlər Korrupsiyaya Qarşı Mübarizə Fondunun təşkilatçılığı ilə iyulun 14-də, Beynəlxalq Mətbuat Mərkəzində keçirilmiş dəyirmi masada səsləndirilmişdir.

"Dəyirmi masa"da fondunun əməkdaşları ilə yanaşı, müstəqil ekspertlər, hüquqşünaslar, müxtəlif QHT-lərin rəhbərləri iştirak etmişlər.

Parlamentdə qəbul olunmuş "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunda xeyli boşluqların olduğunu qeyd edən fondun sədri Namiq Axundov, qanunun işlək olması üçün ona dəyişiklik edilməsinin zəruriliyini vurğulamışdır.

"Beynəlxalq hüquqi baza korrupsiyaya qarşı mübarizə üzrə 30-dan artıq hüquqpozması halı müəyyənləşdirmişdir. Bu korrupsiya əməllərindən hər bir Azərbaycan üçün xarakterikdir.

Amma, təssüflər olsun ki, bizim qəbul etdiyimiz "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunda bunlardan yalnız 7-si öz əksini tapmışdır",-deyə fondun sədri bildirmişdir.

Fondun təqdim etdiyi layihə müzakirə edildikdən sonra ictimiyyət üçün açıq elan olundu. Fond layihə ilə bağlı ictimai rəyin irad və təkliflərini öyrəndikdən sonra sənədin yekun variantını hazırlayacaqdır. Layihənin yekun variantı baxılmaq üçün prezidentin İcra Aparatına və Milli Məclisə təqdim olunacaqdır.

Xəbər lenti

Xəbər lenti