...

BU İL BOL PAMBIQ YIĞIMI GÖZLƏNİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2005 15:09 (UTC +04:00)

Bu il Azərbaycanda keçən illərlə müqayisədə bol pambıq yığımı gözlənilir. Kənd təsərrüfatı Nazirliyindən Trend agentliyinə verilən məlumata görə, hazırda pambığın yetişdirilməsinin ikinci və üçüncü kompleksləri, sahələrin birinci vegetativ suvarılmaları həyata keçirilir.

Nazirlikdən bildiriblər ki, 112,9 min ha sahədə pambıq əkilib, bir sıra bölgələrdə isə sahələrin təkrar əkilməsi həyata keçirilib.

Bundan başqa bölgələrdə, xüsusilə, Qarabağ və Aran zonalarında zərərvericilərə qarşı tədbirlər həyata keçirilir, isti hava şəraiti ilə əlaqədar həşəratların əmələ gəlməsi müşahidə olunur.

"Həşəratların əmələ gəlməsinin qarşısını almaq üçün bütün preparat və avadanlıqlar hazırlanıb", - deyə, nazirlikdən bildiriblər.

Pambıq Azərbaycanın 20 rayonunda, xüsusilə Salyan-Muğan, Qarabağ və Şirvan zonalarında əkilir.

Cari ildə pambıq istehsalının proqnozlaşdırılmasına gəldikdə isə, Nazirlikdə hesab edirlər ki, hazırda həcmin dəqiq proqnozunu söyləmək çətindir və o, avqustun sonunda məlum olacaq.

Nazirlikdə həmçinin onu da bildiriblər ki, keçən il 77,7 min ha sahədə pambıq əkilmiş, 135,7 min ha isə məhsul yığılmışdır.

Xəbər lenti

Xəbər lenti