Şimali Kiprin ərazisində Azərbaycanın 8 rəsmi şirkətinin nümayəndəliyi rəsməe qeydiyyatdan keçib. Bu barədə iyulun 15-də Şimali Kipr Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mustafa Evran Trend ə verdiyi ekskluziv müsahibəsində məlumat verib.
Nümayəndəliyin rəhbəri bildirib ki, bu günə kimi azərbaycanlı sahibkarlarının nümayəndə heyətinin Şimali Kiprə səfər etməməsinə baxmayaraq, adada turizm, bank, kimya sənayesi, toxuculuq, kənd təsərrüfatı, heyvandarlıq və kommunikasiya sahəsində Azərbaycan şirkətlərinin ofisləri fəaliyyət göstərir.
Mustafa Evran qeyd edib ki, bu şirkətlərin rəhbərlərinin adlarının göstərildiyi siyahılar nümayəndəliyin sərəncamında olsa da, bu məlumatlar məxfidir.