...

ASİYA İNKİŞAF BANKININ TƏŞKİLATÇILIĞI İLƏ YAPONİYADA KEÇİRİLƏCƏK TOPLANTIDA AZƏRBAYCAN DA TƏMSİL OLUNACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2005 17:36 (UTC +04:00)

Avqustun 3-5-də Yaponiyada "Ümumdünya Ticarət Təşkilatının Doha Raundunun əsas məsələləri üzrə yüksək səviyyəli görüş" adlı beynəlxalq konfransda Azərbaycan da təmsil olunacaq. Bu haqda konfransda iştirak edəcək xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Trend ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Asiya İnkişaf Bankının təşkilatçılığı ilə keçiriləcək tədbirdə quruma üzv, eləcə də üzvlüyə namizəd 30 ölkənin dövlət nümayəndələri iştirak edəcək.

"Toplantıda bilavasitə Azərbaycanla bağlı məsələlər müzakirə edilməyəcək. Lakin bunula belə tədbir çərçivəsində keçiriləcək dəyirmi masalarda müzakirə ediləcək məsələlərə bağlı Azərbaycanın münasibəti səslənəcəkdir",-deyə Mahmud Məmmədquliyev bildirib.

Xəbər lenti

Xəbər lenti