...

ƏLƏT-ASTARA AVTOMOBİL YOLUNUN TİKİNTİSİ VƏ YENİDƏN QURULMASI LAYİHƏSİNİN HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN 400 MİLYON DOLLAR VƏSAİT TƏLƏB OLUNUR

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2005 18:15 (UTC +04:00)

Ələt-Astara avtomobil yolunun tikintisi və yenidən qurulması layihəsinin həyata keçirilməsi üçün 400 milyon dollar vəsait tələb olunur. Bu barədə Trend ə Azərbaycanın Nəqliyyat Nazirliyindən məlumat veriblər. Bu vəsaitin 300 milyon dollarını Dünya Bankı, digər 100 milyon dollarını Azərbaycan (60 milyon dollar) və İran (40 milyon dollar) ödəyəcək.

Nazirlikdə qeyd ediblər ki, iyulun sonlarında bu layihə üzrə Dünya Bankının missiyası layihənin texniki iqtisadi əsaslarının hazırldanmasına hazırlıqla bağlı Nazirliyin nümayəndələri ilə danışıqlar aparmaq üçün Bakıya gələcək. Layihənin əsaslandırılması bankın ekspertləri ilə birgə hazırlanacaq. İmzalanmış müvafiq memoranduma uyğun olaraq İpan bu məqsədlər üçün 2 milyon dollar ayırıb.

Qeyd edək ki, Ələt-Astara yolunun uzunluğu 243 kilometr təşkil edir.

Xəbər lenti

Xəbər lenti