...

İYULUN SONUNA QƏDƏR MİLLİ BANK ÜMUMİ DƏYƏRİ 40 MLRD MANAT OLAN NOTLARI HƏRRACA QOYACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2005 12:14 (UTC +04:00)

2005-ci il iyulun sonuna qədər Azərbaycan Milli Bankı ümumi dəyəri 40 mlrd manat olan notları hərraca qoymağı planlaşdırır. Azərbaycan Milli Bankından Trend agentliyinə verilən məlumata görə, iyul ayı ərzində ümumi dəyəri 75 mlrd manat olan notlar hərraca çıxarılacaq.

İyul ayında ümumi dəyəri 35 mlrd olan notların yerləşdirilməsi üzrə hərraclar keçirilib, 40 mlrd manat həcmində qalmış notların isə iki hərrac keçirməklə yerləşdirilməsi planlaşdırılır.

Qeyd edək ki, cari ildə Milli bank ümumi həcmi 1 trln manat (500 mlrd manat) olan notların emissiyasının iki prospektinin yerləşdirilməsini qeydiyyata alıb.

Hazırda hər iki prospektin hesabına nominal dəyəri 525 mlrd manat (1 trln manat həcmində qeydiyyata alınmış iki emissiya prospektlərinin 52,5%) olan emissiya elan edilib, lakin 309,045 mlrd manat və ya 25 emissiyanın elan olunmuş həcminin 58,87%-i cəlb olunub.

Birinci prospektin hərraca qoyulmamış qalığı 10 mlrd manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti