...

BAKIDA IFAD-LA RAZILAŞMA İMZALANACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2005 19:00 (UTC +04:00)

İyulun 19-da Kənd Təsərrüfatı Nazirliyində Kənd Təsərrüfatının Beynəlxalq İnkişaf Fondu (IFAD) ilə Azərbaycanın şimal-qərb regionlarının inkişafı layihəsi üzrə razılaşma imzalanacaq.

KTN-nin beynəlxalq münasibətlər şöbəsinin müdiri Təranə Bəşirovanın Trend ə verdiyi məlumata görə, razılaşmanı Azərbaycan tərəfdən kənd təsərrüfatı naziri İsmət Abbasov, IFAD -ın ölkə üzrə meneceri Abdulla Rhman imzalayacaq.

Müqavilə üzrə nəzərdə tutulmuş kreditin məbləği 25 milyon dollar təşkil edir. Layihənin reallaşdırılması müddəti 5 ildir. Bu layihə Azərbaycanın şimal-qərb regionlarını əhatə edir və 15 mindən artıq insanın həyatının yaxşılaşmasına yardım etmək məqsədi daşıyır. Müqavilənin imzalanmasından iki ay ərzində bu istiqamətdə işlərin icrasına başlanılacaq.

Xəbər lenti

Xəbər lenti