...

AZƏRBAYCANIN VERGİLƏR NAZİRLİYİ YARIM İL ƏRZİNDƏ VERGİ DAXİLOMALARININ STRUKTURUN AÇIQLAYIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2005 11:39 (UTC +04:00)

2005-ci ilin yanvar-iyun aylarında vergi daxilolmaları 3 223 815,5 mln manat təşkil edib. Azərbaycanın Vergilər Nazirliyindən Trend agentliyinə verilən məlumata görə, bu, 3 083 880 mln manata bərabər olan proqnoz göstəricisinin 104,5%-dir.

ƏDV yığımları proqnoz göstəricisinin 102%-ni və ya 820 817 mln manat, aksiz yığımları - 281 mln manat və 100,1%, gəlir vergisi - 806 497, 6 mln manat və ya 116%, yeraltı sərvətlər vergisi - 212 251,9 mln manat və ya 93,2%, torpaq vergisi - 34 909, 3 mln manat və ya 100,1%, əmlak vergisi - 95765,8 mln manat və ya 103%, fiziki şəxslərdən alınan gəlir vergisi - 753698,3 mln manat və ya 134,4% (o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınan gəlir vergisi - 15 538,9 mln manat), əmək haqqından tutulan vergi - 738159,4 mln manat, dövlət rüsumu - 83113,1 mln manat və ya 137,5%, yol vergisi - 21 915,3 mln manat və ya 104,7%, sadələşdirilmiş vergi - 42 126,9 mln manat və ya 85,5% təşkil edib. Digər daxilolmalar isə71 240,3 mln manat və ya proqnozun 27,9%-ə bərarbər olub.

Xəbər lenti

Xəbər lenti