Yaponiyada Azərbaycana kənd təsərrüfatı texnikasının alınması haqqında tender keçirilib. Lizinq xidmətinin şöbə müdiri Aydın Əzizovun Trend ə bildirdiyinə görə, tender iyulun 8-də elan edilib.
A.Əzizovun sözlərinə görə, Yaponiya hökumətinin Azərbaycana ayırdığı qrant vəsaiti hesabına 25 kombayn alınacaq. "Tenderin qalibi Yaponiyanın Sampo şirkəti olub və onunla müvafiq razılıq imzalanıb", - deyə, nazirliyin nümayəndəsi vurğulayıb.
Qrant haqqında razılıq cari ilin mart ayının 9-da Kənd Təsərrüfatı Nazirliyində imzalanıb və ayrılan vəsait 1,8 mln dollar (2 mln yena) məbləğindədir.
Texnikanın Azərbaycana gətirilməsi məsələsinə gəldikdə, Əzizov onun cari ilin noyabr ayının sonuna kimi çatdırılacağını bildirib.