...

HESABLAMA PALATASI 2 SAYLI ƏRAZİ VERGİ İDARƏSİNDƏ AUDİT KEÇİRİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2005 16:00 (UTC +04:00)

Azərbaycanın Hesablama Palatası 2 saylı ərazi vergi idarəsində audit keçirir. HP-dən Trend ə verilən məlumata görə, yoxlama 2004-cü il üçün dövlət büdcəsinin gəlirlərinin icra vəziyyətini müəyyən etmək məqsədilə aparılır.

Palatada qeyd ediblər ki, bununla paralel olaraq 2003-2004-cü illər üçün nəzərdə tutulmuş "Təhsil xərcləri" hissəsi üzrə dövlət büdcəsindən Gəncə Texnoloji Universitetinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi ilə əlaqədar bu strukturda yoxlama aparılır.

Auditin keçirilməsində məqsəd dövlət büdcəsində müəyyən şərtlərə uyğun olaraq büdcədənkənar daxilolmalardan ayrılmış vəsaitlərin istifadə vəziyyətinin, bu vəsaitlərin həcminin, strukturunun, təyinatının və xərclərin maddələrinə uyğun olaraq onların icrasının yoxlanılmasdır.

Dövlət strukturunda həmçinin onu da qeyd ediblər ki, HP bu məqsədlə Xətai rayon təhsil şöbəsində də audit keçirir.

Bundan başqa, hazırda HP 2004-cü il üçün nəzərdə tutulmuş "Sənaye və tikinti xərcləri" hissəsi üzrə dövlət büdcəsindən Səhiyyə Nazirliyinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi ilə əlaqədar bu strukturda auditor tədbirləri həyata keçirir.

Xəbər lenti

Xəbər lenti