...

KORPORATİV İDARƏETMƏ LAYİHƏSİ, ABŞ SƏFİRLİYİ VƏ ABŞ KOMMERSİYA DEPARTAMENTİ DƏYİRMİ MASA KEÇİRİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2005 16:46 (UTC +04:00)

Korporativ idarəetmə üzrə beynəlxalq maliyyə korporasiya layihəsi, ABŞ-ın Azərbaycandakı səfirliyi və ABŞ-ın kommersiya departamenti dəyirmi masa keçirib.

Korporativ idarəetmə üzrə layihədən Trend ə verilən məlumata görə, dəyirmi masada AYİB, Asiya İnkişaf Bankı, USAID Bankworld Inc bank nəzarəti proqramı, Azərbaycan Milli Bankı, beynəlxalq əməkdaşlıq üzrə əmanət kassaları fondu, iqtisadi məsələlər üzrə İsveçin Dövlət Katibliyi (SECO) və PricewaterhouseCoopers beynəlxalq auditor şirkətinin nümayəndələri iştirak ediblər.

Dəyirmi masanın keçirilməsində məqsəd Azərbaycanda korporativ idarəetmə standartlarının tətbiq olunmasına dair təcrübə və biliklərlə bölüşmək olub. Dəyirmi masanın gedişində korporativ idarəetmə məsələləri, etik proqramların vacibliyi, investisiya cəlb edən şirkətlər üçün təlim kurslarının təşkilinin zəruriliyi, biznesin inkişafında dövlətin rolu müzakirə olunub.

Dəyirmi masada ABŞ-ın kommersiya departamenti "Effektiv korporativ idarəetmə proqramı"nın perspektivlərini müzakirə edib ("Good Corporate Governance Program").

Xəbər lenti

Xəbər lenti