...

ICARDA –NIN MÜTƏXƏSSİSLƏRİ AZƏRBAYCANIN REGİONLARINDADIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2005 17:13 (UTC +04:00)

ICARDA-nın (International Center for Agricultural Reseach in the Dry Areas) Orta Asiya və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Racendra Parodanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın regionlarındadır.

Ölkənin kənd təsərrüfatı nazirliyinin elmi-aqrar mərkəzində Trend agentliyinə bildirilib ki, nümayəndə heyəti təşkilatın dəstəyi ilə paxlalı bitki növlərinin elmi tədqiqatı üzrə işlərin aparıldığı təcrübə stansiyasında olacaq.

Mütəxəssislər həmçinin Meliorasiya institutunun təcrübə stansiyasına gedəcək və orada təşkilatın maliyyə dəstəyi ilə həyata keçirilən səmərəli suvarılma üsullarının tətbiq edilməsi üzrə layihənin gerçəkləşdirilməsinin vəziyyəti ilə tanış olacaqlar.

İyulun 20-də nümayəndə heyəti kənd təsərrüfatı naziri İsmət Abbasov tərəfindən qəbul ediləcək.Həmçinin akademik Cəlal Əliyev ilə də görüş planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti