...

HƏR İL AZƏRBAYCANDA METALLURQLARIN KONFRANSI KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2005 14:17 (UTC +04:00)

Hər il Azərbaycanda metallurqların elmi-təcrübə konfransları keçiriləcək. Baku Steel Company-dən Trend ə verilən məlumata görə, bu qərar iyulun 18-də metallurqların birinci elmi-təcrübə konfransında qəbul edilib.

Müəssisədə həmçinin onu da qeyd ediblər ki, tədbirin adətən iyulun üçüncü bazar günündə qeyd olunan Dünya Metallurqları günündə keçirilməsi planlaşdırılır.

Tədbirə sahibkarlar, ölkənin Nazirlər Kabineti və elmi-tədqiqat institutlarının nümayəndələri dəvət olunacaqlar. Belə tədbirin keçirilməsində məqsəd ölkənin mettalurgiya sahəsində müəssisələr arasında əməkdaşlığın genişləndirilməsidir.

Xəbər lenti

Xəbər lenti