...

İQTİSADİ İNKİŞAF NAZİRLİYİ OĞUZ RAYONUNDA BİZNES-FORUM VƏ KREDİT YARMARKASI KEÇİRİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2005 18:42 (UTC +04:00)

İqtisadi inkişaf nazirliyi Şəki-Zaqatala iqtisadi rayonuna daxil olan Oğuz rayonunun sahibkarları üçün biznes-forum və kredit yarmarkası keçirib.İqtisadi inkişaf nazirliyində Trend agentliyinə bildirilib ki, forumun keçiriləmsində məqsəd sahibkarları yerli ehtiyatlar və potensialla, qoyulan sərmayələrin artım perspektivləri, sahibkarlar arasında tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi ilə tanışlıq, eləcə də güzəştli kreditlərin verilməsi idi.

Kredit yarmarkasında rayonun sahibkarlarına 500 mln. manat məbləğində güzəştli kreditlər verilib ki, bununla da kiçik və orta sahibkarlar bitkiçilik və heyvandarlığın, eləcə də fındıq bağlarının salınmasının inkişafı layihələrinin gerçəkləşdirilməsi üçün həmin vəsaitdən istifadə etməyi planlaşdırır.

Qeyd edək ki, 2004-2008-ci illərdə regionlarda sosial-iqtisadi inkişaf üzrə Dövlət proqramının gerçəkləşdirilməsi müddətində Oğuz rayonunda 2500 yeni iş yeri açılıb ki, bunun da 500-dən çoxu daimidir. 2002-2004 və 2005-ci ilin ötən dövrü ərzində Oğuz rayonunun sahibkarlarına sahibkarlığa dəstək Milli fondunun vəsaiti hesabına 45 layihənin gerçəkləşdirilməsi üçün 2,1 mlrd manat ayrılıb ki, bunun da həyata keçirilməsi 200-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq.

Xəbər lenti

Xəbər lenti