...

AZƏRBAYCAN VƏ LİTVANIN AUDİTORLAR PALATASI ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA NİYYƏT PROTOKOLU İMZALANIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2005 20:31 (UTC +04:00)

Bu gün Bakıda Azərbaycan və Litvanın Auditorlar Palatası (AP) arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalandı. Palatadan Trend xəbər agentliyinə verilən məlumata görə, protokolda ölkələr arasında audit sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, palatalar arasında təcrübə mübadiləsi, audit üzrə qanunvericilik aktlarının və normativ sənədlərin layihələri üzərində birgə işlərin aparılması və s. məsələlər öz əksini tapıb.

Bu vəzifələrin yerinə yetirilməsi üçün tərəflər hər 2 ölkənin qanunvericiliyi çərçivəsində qarşılıqlı informasiya və təcrübə mübadiləsi aparacaq, birgə seminarlar və konfranslar təşkil edəcəklər. Niyyət protokolonu Azərbaycan AP adından palatanın sədri Vahid Novruzov, Litva AP adından isə palatanın prezidenti Gennadi Makuşev imzalayıblar.

Xəbər lenti

Xəbər lenti