...

SAHƏLƏRDƏN 246,7 TON TÜTÜN YARPAĞI YIĞILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2005 20:33 (UTC +04:00)

İyulun əvvəlində sahələrdən 246,7 ton tütün yarpağı yığılıb. Bu isə ötən ilin müvafiq dövrünə olan göstəricidən 3,8 dəfə çoxdur. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən Trend xəbər agentliyinə məlumat verilib.

Verilən məlumata görə, bu il ümumilikdə sahələrdən təqribən 8 min ton tütün yarpağının yığılması nəzərdə tutulur. Bu isə ötən ilki göstəricidən 1300 ton çoxdur. Tütün yarpağının yığımı prosesi oktyabrda başa çatacaqdır. Ümumilikdə bu mövsümdə ölkədə 2780 hektar sahədə tütün əkilib.

Bunun əsas hissəsi Zaqatala, Şəki, Qax, Balakən və Qəbələnin payına düşür. Sahələrdən yığılan tütün yarpaqları emal olunaraq hazır məhsula çevrilmək üçün tütünün fermentləşdirilməsi zavodlarına təhvil verilir.

Bundan sonra əldə olunan hazır məhsulun müəyyən hissəsi ölkədə yeganə siqaret istehsalçısı olan "European Tobacco" fabrikinə satılır. Ancaq hazır məhsula çevrilmiş tütünün əksər hissəsi Rusiya, Ukrayna, Belarusiya və digər ölkələrə ixrac olunur.

Xəbər lenti

Xəbər lenti