...

AZƏRBAYCAN VƏ QAZAXISTANIN AUDİTOR PALATALARI ARASINDA MEMORANDUM İMZALANACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2005 14:32 (UTC +04:00)

Avqustda Azəröbaycan və Qazaxıstanın Auditor Palataları arasında əməkdaşlıq barədə memorandumun imzalanacağı gözlənilir. Auditor Palatasından Trend ə verilən məlumata görə, sənədin avqustun birinci yarısında imzalanacağı gözlənilir.Bu məqsədlə başda Palatanın sədri Vahid Novruzovun başçılıq etdiyi nümayəndə heyəti Almatıya səfər edəcək.

Sənədi Azərbaycan tərəfdən Vahid Novruzov və Qazaxıstanın Auditorlar Palatasının prezidenti Sapar Koşçimbayev imzayacaq.

Palatadan strukturun Qazaxıstanın Auditorlar Palatası ilə uzunmüddətli əməkdaşlığa malik olduğunu bildiriblər. Belə ki, bu ölkənin iştirakı ilə 1999-cu ilin dekabrında Azərbaycan və Ukrayna Mühasiblərin və Auditorların Beynəlxalq Regional Federasiyasını (quruma Vahid Novruzov başçılıq edir) yaradıblar.

"Hazırda bu sənədlə bağlı bütün məsələlər razılaşdırılıb", - deyə Auditor Palatasından bildiriblər.

Xəbər lenti

Xəbər lenti