...

"QAZEKSPORT" İYULDA AZƏRBAYCANA QAZIN VERİLMƏSİNİ DAYANDIRACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2005 16:40 (UTC +04:00)

"Qazeksport" Məhdud Məsuliyyətli Cəmiyyət ("Qazprom" ASC-nin törəmə strukturu) Azərbaycan Dövlət Neft Şirkətini (ARDNŞ) 3 gnülüyə ölkəyə qazın verilməsini dayanedıracağı barədə məlumatlandırıb.

ARDNŞ-dən Trend ə verilən məlumata görə, qazın verilməsi iyulun 26-dan 29-na kimi dayandırılacaq.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, yanacağın verilməsinin dayandırılması Dağıstan ərazisində qaz borusunun təmir olunması ilə əlaqədardır. Hazırda "Qazeksport" MMC-i Azərbaycana sutka ərzində 14 milyon kubmetr yanacaq verir.

Yanvar-iyun aylavrında Azərbaycan "Qazeksport" MMC-dən 2,6 milyard kubmetr qaz verib ki, bu da 2004-cü ilin müvafiq dövrü ilə müqayisədə 99 milyon kubmetr azdır. İyun ayında Azərbaycana 367,1 milyon kubmetr qaz verilib ki, bu da 2004-cü ilin iyununda idxal olunan qazdan 71,1 milyon kubmeir azdır.

Cari ildə ARDNŞ "Qazeksport"dan 6 milyard kubmetr qaz almağı planlaşdırır. Təbii qaz ölkəyə Şirvanovka-Qazıməmməd boru kəməri vasitəsilə verilir.

Xəbər lenti

Xəbər lenti