...

2006-CI İLDƏ QBTİ-NİN RƏHBƏRLƏRİ ŞURASININ İCLASI BAKIDA KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2005 18:31 (UTC +04:00)

2006-cı ilin iyununda Qara dəniz bank ticarəti və inkişafı (QBTİ) rəhbərləri Şurasının növbəti yeddinci iclası Bakıda keçiriləcək.İqtisadi inkişaf nazirliyində Trend agentliyinə bildirilib ki, QBTİ-dən alınmış razılığa əsasən, Bakıda həmçinin Qara dəniz forumunun da keçirilməsi planlaşdırılır.

Tədbirdə müxtəlif strukturlar, banklar, tanınmış maliyyə orqanları nümayəndələrinin, QBTİ üzvü ölkələri sahibkarlarının iştirakı nəzərdə tutulur.

İnvestisiyaların cəlb edilməsi məqsədilə həmçinin iki ölkə sərmayəçilərinin, beynəlxalq maliyyə institutlarının və s. iştirakı da planlaşdırılır.Forum ölkəyə yeni investisiyaların cəlb edilməsi və ölkənin iqtisadi potensialı ilə tanış olmaqda böyük rol oynamalıdır.

Bankın iyunun 5-də keçirilən iclasında QBTİ rəhbərlər Şurasının ali orqanındakı sədrlik Azərbaycana ötürülüb.QBTİ Şurasının növbəti illik toplantısında sədrlik edən direktor Azərbaycandan Fərhad Əliyev olacaq.

Xəbər lenti

Xəbər lenti