...

YENİ QANUN LAYİHƏSİNDƏ SERTİFİKATLAŞDIRMA VƏ STANDARTLAŞDIRMANIN TEXNİKİ TƏNZİMLƏNMƏSİNİN BİRLƏŞDİRİLMƏSİ PLANLAŞDIRILIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2005 15:36 (UTC +04:00)

"Texniki tənzimlənmə və standartlaşdırma haqqında" yeni qanun layihəsində həm sertifikatlaşdırma, həm də standartlaşdırma məsələlərinin texniki tənzimlənməsinin birləşdirilməsi planlaşdırılır.

İqtisadi inkişaf nazirliyi yanında DTT-yə daxil olmaq haqqında danışıqlar üzrə katibliyin rəhbəri Şövqi Mehdizadə Trend agentliyinə bildirib ki, DTT Azərbaycana könüllü standartların sayının artırılmasını tövsiyə edir. "Hazırda ölkədə standartların təxminən 80%-i məcburidir və DTT onların çoxunun könüllü edilməsini tövsiyə edir "-deyə o qeyd edib.

Bununla mülkiyyət hüququnun müdafiəsi, xüsusilə brenddə TRIPS çərçivəsində tənzimlənəcək.Həmçinin Azərbaycana tövsiyə olunub ki, ölkənin azərbaycanlı şəxslərlə əməkdaşlıq etmək istəyən qeyri-rezidentlərinin ölkə ərazisində fəaliyyətdə olan standartlar haqqında tam məlumat alması üçün informasiya mərkəzi yaradılsın.

Qeyd edək ki, DTT-yə daxil olmaqda kömək edən Avropa İttifaqının Tacis Proqramı Azərbaycana və Aİ ölkələrinə tövsiyə edir ki, bəzi normativ aktlar, xüsusilə Aİ ölkələri və Azərbaycan arasında keyfiyyət standartları qarşılıqlı olaraq tanınsın.

Keyfiyyət standartlarının qarşılıqlı tanınması nəticəsində ölkələrin əməkdaşlığının səmərəliliyinin artırılmasçı planlaşdırılır.

Qeyd edək ki, Aİ ekspertləri yeni "Texniki tənzimlənmə və standartlaşdırma haqqında" qanunun işlənib-hazırlanmasında iştirak edir.

Hazırda standartlaşdırma və texniki tənzimlənmə üzrə işçi qrup Dünya ticarət təşkilatı ilə birgə qanun layihəsinin ilkin layihəsini hazırlayıb.Aİ ekspertlərinin iştirakı ilə həmin layihə avrodirektiv əsasında işlənib başa çatdırılacaq.

Aİ-nin tövsiyələrinə əsasən, həmin qanunun qəbul edilməsi cari ildə baş verməlidir.Bununla yanaşı Aİ tövsiyə edir ki, standartlaşdırma və metrologiya Agentliyinin statusu və toxunulmazlığı artırılsın.

Xəbər lenti

Xəbər lenti