...

İSMƏT ABBASOV: İLİN ƏVVƏLİNDƏN DƏNLİ BİTKİLƏRİN ƏKİNİ 814,9 MİN HEKTAR TƏŞKİL EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2005 16:32 (UTC +04:00)
İSMƏT ABBASOV: İLİN  ƏVVƏLİNDƏN DƏNLİ BİTKİLƏRİN ƏKİNİ 814,9 MİN HEKTAR TƏŞKİL EDİB

Cari ildə Azərbaycanda 814,9 min hektar sahəyə dənli bitki əkilib. Trend in məlumatına görə, bu barədə iyulun 22-də kənd təssərrüfatı İsmət Abbasov bəyan edib. Onun sözlərinə görə, cari ildə 49 min hektar sahədə qarğıdalı, buğda yığımı həyata keçiriləcək.

Nazir həmçinin bəyan edib ki, ötən illə müqayisədə məhsulun istehsalı və yığımı əhəmiyyətli dərəcədə yüksəkdir. Belə ki, bu il yuxarıda göstərilən kənd təsərrüfatı məhsulları ilkin pronozlara görə 2 milyon 250 min ton olacaq ki, bu da 2004-cü illə müqayisədə 92 min tona yaxın çoxdur.

Nazirin fikrincə, bu gün pambıq istehsalı kənd təsərrüfatının gəlirli sahələrindən biridir və sağlam rəqabət nəticəsində pambıq səpini sahəsi 35,2 min hektara qədər artaraq 112,9 min hektar təşkil edib.

"Cari ildə pambıq istehsalının 185 min ton olacağı proqnozlaşdırılıb ki, bu da 2004-cü ilin göstəricilərindən 50 min ton çoxdur", - deyə İ.Abbasov qeyd edib.

Nazir tərəvəz və bostan bitkilərinin əkinin vəziyyətinə toxunaraq bildirib ki, bu istiqamətdə əhəmiyyətli irəliləyişlər mövcuddur. Yalnız təkcə 5 il ərzində kartof un əkin sahəsi 34%, tərəvəz 35,5%, bostan məhsulları isə 10,7% təşkil edib.

Cari ildə 70,6 min hektardan 1 milyon tondan artıq kartof məhsulunun, 78 min hektardan 1 milyon 100 min ton və 360 min ton bostan məhsullarının yığılacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti