...

BAKI AITOMOBIL SENAYE 99,23% özəlləşdirməyə çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2005 12:23 (UTC +04:00)

İqtisadit İnkişaf Nazirliyi (İİN) yanında dövlət əmlakının idarə olunması və özəlləşdirmə Departamenti "Bakı Avtomobil Sənaye" avtomobil zavodunun özəlləşdirmə müsabiqəsinə çıxarıldığını elan edib.

Departamentdən Trend ə verilən məlumata görə, hərraca zavodun səhmlərinin 99,23% çıxarılıb. Sənədlərin və iddiaçıların təkliflərinin qəbulu dekabrın 7-nə kimi həyata keçiriləcək, onların qiymətləndirilməsinə isə 2005-ci il dekabrın 9-da 10.30-dan başlanılacaq.

Müsabiqədə yerli və mxarici investorlar iştirak edə bilər. Üstünlük maşınqayırmada və avtomobil istehsalının təşkilində qabaqğıl üstünlüyə malik və və ən çox səhm təklif edən iddiaçılara veriləcək.

İddiaçılar Dövlət əmlakının idarəsi və özəlləşdirilməsi Departamentinə bankdan zəmanət məktubu ya da bank hesabına 600 milyon manat keçirməlidirlər. İnvestisiya müsabiqəsinin qalibi 30 gün ərzində müəssisə üçün planlaşdırılan investisiyanın 5%-i həcmində ödəmə hesabı keçirməli və dövlət büdcəsinə 2,4 milyard manat və ya 510,6 min dollar göndərməli, 125 min özəlləşdirmə çeki təqdim etməlidir.

Xəbər lenti

Xəbər lenti