Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Quba rayonuna səfər edib. Nazirlikdən Trend ə verilən məlumata görə, səfərin məqsədi Quba avtomobil yolunun (Rusiya sərhədi) bərpası üzrə işlərlə şəxsən tanış olmaqdır. Təmir işləri 165-168 km sahədə aparılır. Bu işlər 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
Nazirlikdən bildiriblər ki, yaxın zamanlarda Bakı-Samur (Rusiya sərhədi) avtomobil magistralının bərpası üzrə tikinti işlərinə başlanılacaq. Yolnəqliyyatservis departamenti Bakı-Samur avtomobil magistral yolunun Sumqayıtdan Zabrat (60 km) qəsəbəsinə qədər bir hissəsinin modernləşdirilməsi və bərpası layihəsi çərçivəsində məsləhətçinin seçilməsi üzrə konkurs elan edib.