...

KONYADA KEÇİRİLƏCƏK SƏRGİDƏ AZƏRBAYCAN SAHİBKARLARI 45 NƏFƏRLİK NÜMAYƏNDƏ HEYƏTİ İLƏ İŞTİRAK EDƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2005 16:06 (UTC +04:00)

Avqustun 4-7-də Konya (Türkiyə) şəhərində keçiriləcək "Konya ayaqqabı, gön-dəri sənaye və moda" adlı beynəlxalq sərgidə Azərbaycan 45 nəfərlik nümayəndə heyəti ilə təmsil olunacaq. Bu haqda Trend ə Azərbaycan Sahibkarlar Konfederasiyasından(ASK) bildirilib.

Məlumatda Konyadakı beynəlxalq sərgi mərkəzində keçiriləcək sərgidə kişi, qadın, uşaq, idman ayaqqabıları, çanta, kəmər, gön-dəri sənayesi, süni dəri sahələrinin təmsil olunacağı bildirilib. "Azərbaycan nümayəndə heyətinə ASK-nın şöbə müdiri Paşa Heydərli rəhbərlik edəcək.

Azərbaycanlı sahibkarların Türkiyəyə səfərinin bütün xərclərini qarşı tərəf öz üzərinə götürüb. Bu, Azərbaycan sahibkarlarına bir növ dəstəkdir.

Sərgidə iştirak edəcək yerli sahibkarlarımız türkiyəli həmkarları ilə təcrübə mübadiləsi aparacaq, dəri sənayesinin incəliklərini öyrənəcəklər. Uyğun şərtlər təklif olunarsa, azərbaycanlı iş adamları birgə müəssisələrin yaradılması ilə bağlı niyyət anlaşmalarında da iştirak edəcəklər",-deyə məlumatda bildirilib.

Xəbər lenti

Xəbər lenti