...

LEFKOŞADA İLK KİPR-AZƏRBAYCAN İQTİSADİ FORUMU KEÇİRİLİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2005 18:33 (UTC +04:00)

İyulun 24-də Şimali Kipr Türk Respublikasının (ŞKTR) paytaxtı Lefkoşa şəhərində ilk Kipr-Azərbaycan iqtisadi forumu keçirilib.Bu barədə Trend "KKTC.Bul" xəbər saytına istiandən bildirir.

Forumda çıxış edən ŞKTR-nın iqtisadiyyat və turizm naziri Dərviş Kamal Dəniz qeyd edib ki, həmin forum uzunmüddətli əməkdaşlığın başlanğıcıdır.

"Bu tədbir kiprli türklərə böyük ümid verir və əgər bu forumun davamı olmayacaqsa, onda Şimali Kiprin təcridinin aradan qaldırılması da mümkün olmayacaq"-deyə nazir qeyd edib.

Forumun işində sahibkarlarla yanaşı Şimali Kiprin Azərbaycandakı Ticarət Palatasının rəhbəri Mustafa Evran, ŞKTR Ticarət Palatasının prezidenti Əli Erel, Azərbaycan-Kipr iqtisadi-mədəni əməkdaşlıq mərkəzinin rəhbəri, professor Fəxrəddin Sadıqoğlu, eləcə də AR iqtisadi inkişaf nazirliyinin sahibkarlığın inkişafı departamentinin direktoruƏlihüseyn Şəliyev iştirak edib.

Öz çıxışında Ə. Şəliyev kiprli sahibkarları Azərbaycan tərəfi ilə fəal əməkdaşlığa çağıraraq qeyd edib ki, Azərbaycanda onların fəaliyyəti üçün böyük potensial vardır. Ə.Şəliyev Türkiyə ilə uğurlu əməkdaşlığı geniş təhlil edərək bildirib ki, Azərbaycanın turizm sektorunun böyük istifadə olunmamış potensialı vardır.

Forumun iştirakçıları Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına dair videomateriallar nümayiş etdiriblər.

Xəbər lenti

Xəbər lenti